Şvartsenegerə yeni aorta qapağı qoyuldu
Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı

Facebook instagram Twitter Youtube
ULDUZ

Gənc müğənni: “Sev demə”

23-10-2013


    “Azəri star-2009”un qaliblərindən olan Elşən  Cəfərzadə  “Sev demə” adlı yeni  mahnısını dinləyicilərin ixtiyarına verib. Mahnının bəstəkarı Pərviz Mahmudovdur. Sözləri   Nadoya, aranjimanı isə Elvin Musayevə  məxsus kompozisiyaya  klip də çəkilir. Ekran işinin rejissoru Orxan Əlidir: “Çox sevindirici haldır ki, bu sənətdə təməlim  xalq musiqisi üslubunda qurulub. Xalq musiqisini bilməyən müğənni estradanı da yaxşı oxuya bilməz”- deyə Elşən bildirib. Peşəkar səhnəyə “Azəri star” müsabiqəsindən başlayan E. Cəfərzadə Azərbaycanın karifey sənətkarlarından dərs aldığı üçün fəxr etdiyini də gizlətməyib: “Musiqi sənətinə   xalq artistləri Əlibaba  Məmmədov  və  Məmmədbağır  Bağırzadənin xeyir-duası ilə çıxmışam. Əlibaba Məmmədovdan musiqi sənətinin əlifbasını, Məmmdəbağır Bağırzadədən  isə bu sənətdə özümü ifadə etməyi öyrənmişəm”. “Sev demə” mahnısını təqdim edirik.

     Müğənni Röyanın İnstaqramda paylaşdığı oğlu Hüseynin fotosunun altındakı rəy diqqət çəkib. Axşam.az-ın məlumatına görə, prodüser Tolikin yazdığı bu şərh böyük marağa səbəb olub. O, Hüseyn üçün çox darıxdığını deyib: “Qusikim mənim, sənin üçün necə darıxmışam. Anan rəhmətə getsəydi, səni doyunca görərdim”

    Əməkdar artist Tünzalə Ağayevanın uşaqlıq fotoları yayılıb.  Sənətçi paylaşdığı şəklin altından ailəsi haqqında yazıb: “Rəbbimə şükür edirəm ki, məni bu dünyaya gözəl bir ailəyə göndərib. Aldığım tərbiyəyə görə valideynlərimə minnətdaram”

    Gənc müğənni Günay İbrahimli uzun saçlarından imtina edib. Sənətçi saç düzümünü əhvalına uyğun olaraq dəyişdiyini bildirib: “Bu, insanın əhval-ruhiyyəsindən asılıdır. Mən uzun, qısa, buruq, düz formanı əhvalıma uyğun edirəm. Əlbəttə ki, üz quruluşuma və geyimimə uyğun gəlməsinə də fikir verirəm. Hər bir qadın dəyişikliyi sevir, eləcə də mən. Bu gün saçlarımı qısaltdım. Amma bu o demək deyil ki, qısa saçla da qalacağam. Tezliklə yenidən əvvəlki görünüşümə dönəcəyəm”.

    Türkiyəli müğənni Rafet El Romanla ifa etdiyi "Kalbine sürgün" duetindən sonra məşhurlaşan azərbaycanlı ifaçı Ezo Moskvada konsert verəcək. Oktyabrın 28-də baş tutacaq gecədə sənətçi səhnəyə Rafetlə birlikdə çıxacaq. Aparıcılığını Cavid Gülün edəcəyi konsert Moskva Estrada Teatrında keçiriləcək.

 

Fuad Oqtayoğlu

 

Muz-Tv.az

 

1011 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Oktyabr








26 Oktyabr