Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Fəxriyyə Evcən heyranlarını məyus etdi

23-10-2013


   Özcan Dənizlə Fəxriyyə Evcənin rol aldığı “Evim sənsən” filmi 22-ci Manhaym Türk Filmləri Festivalında yenidən nümayiş edilib. Özcan festivalın təşkilatçılarının dəvətini qırmayıb Türkiyədən mərasimə qatılıb.  Evcən isə eyni tarixdə Düseldorfda olmasına baxmayaraq, keçmiş sevgilisi ilə yan-yana gəlməmək üçün festivala qatılmayaraq hər kəsi məyus edib. Xatırladaq ki, 2012-ci ildə nümayiş edilən və 2 milyon 700 min insan tərəfindən izlənilən “Evim sənsən” filmində rol alan cütlük eyni dövrdə sevgi münasibətləri ilə də gündəmə gəlmişdi.

   Aktrisa Mişel Uilyams və qızı Matilda Ledcer Bruklində görülüb. Mərhum ulduz Hitt Ledcerdən olan 7 yaşlı qızını dayə olmadan təkbaşına böyüdən Mişel “Dahi Oz” filmindəki rolunu da övladının israrı nəticəsində qəbul etdiyini açıqlamışdı. Uilyams işlədiyi müddətdə Matildanın hər gün məktəbdən çıxdıqdan sonra çəkiliş meydançasına gəldiyini söyləyib. Buna baxmayaraq, Mişel qızının aktrisa olmasını istəmədiyini də vurğulayıb.

   Səhnədən getdiyini açıqladıqdan bir müddət sonra konsertlərlə heyranlarının qarşısına çıxamağa başlayan müğənni Teoman “Haziran” adını verdiyi yeni mahnısını yayımlayıb. Söz və musiqisi rokçunun özünə məxsus olan kompozisiyanı Ozan Çolakoğlu aranjiman edib. Ulduzun heyranları yeni mahnını çox bəyəndiklərini qeyd ediblər.

   Hollivudun ən məşhur aktyorlarından olan Ouven Uilson ata olmağa hazırlaşır. Onun gələcək körpəsinin anası ulduzun idman məşqçisi Karolin Linqvistdir.  2007-ci ildən bəri birlikdə idman etdiyi Linqvistlə bir müddət əvvəl sevgi münasibətləri yaşamağa başlayan Uilson ikinci dəfə övlad sahibi olacaq. Belə ki, aktyor ilk dəfə 2011-ci ildə doğulan oğlu Robertlə atalıq sevinci yaşayıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

1057 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti