Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Günay İbrahimli “Sən özün kim olmusan ki, mənim haqqımda danışırsan?”

11-10-2013


    Heç vaxt qarşı tərəfin sözlərinə münasibət bildirməyən Günay, bu dəfə “son” deyib. Günayın susqunluğunu pozan məsələ, ötən ay keçirilən payız konsertləri olub.Nahid Emiloğlunun təşkilatçılığı ilə reallaşan tədbirlərin səs-sədası hələ də kəsilmir. Elə son günlər Günayın Fərda Xudaverdiyevin konsertində ətəyinin qalxması yenidən gündəmə gəlib. Belə ki, Natavan Həbibi həmkarı haqqında : “Günayın konsertdə ətəyinin qalxmasında tək günahkar onun özüdür. Xanım geyimini bilməlidir. Havaya baxmalıydı, külək olanda enli don geyinməməliydi. Mən gənc müğənnilərə bir bacı kimi məsləhət verirəm ki, geyimlərinə fikir versinlər. Günay orada pis vəziyyətə düşdü, camaatı özünə güldürdü. Günayın əvəzinə mən olsaydım, ölüb yerin dibinə girmişdim”-deyib. İbrahimli isə Nataya cavab olaraq: “ Elə insanlar danışır ki, güləyim gəlir.Sən özün kim olmusan ki, mənim haqqımda danışırsan?! İfşa etməyə qalsa, mən çox şeyi ifşa edərəm. İnsanın bir sifəti olar, 5 dənə yox”-deyərək münasibət bildirib.

    Nəzərinizə çatdıraq ki, oktyabrın 11-da Heydər Əliyev sarayında Mustafa Cecelinin  konsertinə tamaşaçı qismində iştirak edən yerli müğənnilərimizin arasında İbrahimli də olacaq.

 

Sevda Məmmədova

Bəxtiyar Nəsirli

 

Muz-Tv.az

 

 

1987 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti