Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Castin Timberleyk həyat yoldaşına xəyanət etdi

11-10-2013


   Bir il əvvəl evlənən Castin Timberleyk və Cessika Bill cütlüyü şəxsi həyatlarında mənəvi sarsıntılar keçirir. Belə ki, müğənninin həyat yoldaşını Braziliyada keçirilən Rock in Rio Festvalında aktrisa Talia Ayala ilə aldatdığı iddia edilib. Xəbər saytlarından birinin verdiyi məlumata görə, evli olan Ayala Twitter-də “Uşaqlı xəyalım reallaşdı. Castinlə tanış oldum və o, qarşımda mahnı oxudu” –yazısını paylaşıb. Cütlüyün festival ərzində bir-birinə yaxınlaşdığı bildirilir. Billə yaxın mənbə isə məşhur aktrisanın hərşeydən xəbərdar olduğunu və Timberleykin xəyanətinə görə narahat günlər keçirdiyini deyib.

   Müğənni Şeril Kol,  Tre Holloveydən ayrıldığını açıqlayıb. 14 ay birlikdə olan və bir-birlərini görmək üçün Los Anceles-Nyu York xəttini su yoluna döndərən cütlük sentyabr ayından bəri birlikdə yaşamırlar.

   Amerikalı aktrisa Sandra Ballok daha bir körpəni övladlığa götürmək qərarına gəlib. Hazırda 49 yaşlı ulduz lazımi hüquqi proseslərdən keçməkdədir.  Ona bu arzusunu reallaşdırmaqda daha əvvəl Şarliz Terona da eyni mövzuda köməklik etmiş vəkil dəstək olur. Övladlığa götürmə prosesinin uzun və yorucu olmasına baxmayaraq, Sandra sona qədər getmək niyyətindədir. Xatırladaq ki, aktrisa bundan əvvəl də 2010-cu ildə Luis Bardo adlı bir körpəni övladlığa götürmüşdü.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

889 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti