Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Emin Ağalarovun təşkil etdiyi yarışmada qalmaqal yaşandı

11-10-2013


     Moskvada keçirilən “Kainat gözəli” müsabiqəsinə qatılmaq istəyən kosovalı gözəl Miriyeta Şaraya iştirak hüququ verilməyib.  Məlumata görə, Rusiya qızın müsabiqəyə qatılmasına qadağa qoyduğunu deyib. Buna etiraz edən Albaniya təmsilçisi Fioralba Dizdari də müsabiqəyə qatılmayacağını bildirib.  Qeyd edək ki, Araz və Emin Ağalarov ailəsinin təşkilatçılığı ilə keçiriləcək yarışma dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutacaq. Azərbaycanı yarışmada “Miss Azərbaycan - 2012” müsabiqəsinin qalibi Aysel Manafova təmsil edəcək.

     Müğənni Çingiz Mustafayev peşəkar flamenko və kunq-fu məktəbi açıb.
Sənətçi bundan sonra hər iki sahədə dərs deyəcək.  Sevincini sosial şəbəkədə bölüşən Çingiz bu sözləri qeyd edib: “Çoxdandır açmaq istədiyim peşəkar flamenko və kunq-fu məktəbi artıq istifadəyə verildi. Siz də gəlin”. Qeyd edək ki, məktəbdə həm müxtəlif rəqs, həm də idman növləri təqdim olunacaq.

    Müğənni Elvin Abdullayev nişanlısına həsr etdiyi “Həyat dostum” adlı mahnısına klip çəkdirib. Sənətçi axşam.az-a açıqlamasında ekran işində nişanlısı Afətin ona kömək etdiyini deyib: “Klipimin rejissoru yoxdur. Dostlarımın və nişanlımın məsləhəti ilə çəkmişəm. Bilirsiniz ki, Afət rejissordur. Bu dəfə ətrafımdakılar klipə bir çox müdaxilələr etdi, Afət məndən incidi. Söz vermişəm ki, növbəti klipimi bütünlüklə ona həvalə edəcəm. İnanıram ki, maraqlı alınacaq. Amma o, ekran işində adının rejissor kimi yazılmasını istəmir”.
     Müğənni Sevda Yahyayeva imicini yenə dəyişib. Sənətçi açıqlamasında saç rəngini tez-tez dəyişməsinin səbəbini deyib: “Saç boyaları reklamına çəkilmişəm. Ona görə imicimi tez-tez dəyişirəm. Qarşıda isə daha maraqlı imiclərim olacaq”. Yeni fotosessiya etdirdiyini deyən Sevda layihələr üzərində çalışdığını bildirib: “Rusiyadan gələn fotoqrafla çalışdım. Çox maraqlı iş alınıb. Yeni mahnılar yazdırıram. Tolik kimi prodüserim var, onunla böyük işlər görəcəyik. Buna görə də tamaşaçılar məndən fərqli layihələr gözləsinlər”.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

828 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti