Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

İradə İbrahimova reklam siması olacaq

10-10-2013


    Tünzalə Ağayeva saçlarını yenə kəsdirib. Yeni imicində olan şəkillərini sosial şəbəkədə paylaşan müğənni Rihannaya bənzəyir. Onun paylaşdığı şəkillərə isə qalmaqallı prodüser kimi tanınan Tolik belə bir şərh yazıb: “Tünzalə xanım, yüksək mədəniyyəti, gözəl səsi və ən əsası azərbaycanlılığı təcəssüm etdirir.” 

     Müğənni İradə İbrahimova Türkiyədə yeni fotosessiya etdirib. Bu onun gələn ay açılacaq make-up akademiyası ilə bağlı layihəyə hazırlıqdır. Belə ki, müğənni tanınmış vizajist Nigar İbrahimova ilə çoxdan nəzərdə tutulan Kryolan Akademiyasının açılışına hazırlaşır. Noyabrın ilk həftəsinə nəzərdə tutulan mərasimdə İradə xanım akademiyanın siması və yaradıcılarından biri olaraq təqdim ediləcək. Hazırda Türkiyədə olan sənətçimiz bildirib ki, Kryolanın hər bir çeşidinin reklamında onun siması əks olunacaq. Bu səbəbdən foto çəkilişlər tez-tez yenilənəcək. Açılışa bir sıra məşhurların, TV və media işçilərinin qatılacağı nəzərdə tutulub. Xüsusi qonaqlardan biri Kryolanın Almaniyada 65 illik sahibi Voltoran olacaq. Nigar İbrahimova isə öz növbəsində bunları bildirib: “Hazırda bir çox gənc xanımımız var ki, peşəkar vizajist olmağa can atır, amma xaricə gedib oxumağa imkanları yoxdur. Buna görə də qərara gəldik ki, dünyanın məşhur make-up akademiyasını buraya gətirək”. 

    Müğənni Samir Piriyev son vaxtlar nəzərəçarpacaq dərəcədə arıqlayıb. Sənətçi bunun üçün xüsusi pəhriz saxladığını deyib. O, 16 kiloqram artıq çəkidən xilas olduğunu bildirib: “Əvvəl 105 kq idim. İndi 89-a düşmüşəm. Boyum 175 sm-dir, istəyirəm ona uyğun çəkidə - 80 kq olum. Qida rasionumdan ancaq çörəyi və şirniyyatı çıxarmışam. Başqa hər şey yeyirəm. Arıqlamaq istəyənlərə məsləhət görürəm ki, axşam saat 6-dan sonra ancaq meyvə yesinlər. Pəhrizlə yanaşı, hərəkət də vacibdir. Gün ərzində açıq havada çox gəzirəm. İdmanla və ya başqa vasitələrlə tez arıqlamaq məsləhətli deyil. Bu zaman atdığın çəkini qısa vaxt ərzində geri alırsan. Artıq çəkidən sağlam yolla xilas olmaq daha yaxşıdır”.

   Müğənni Elçin Cəfərov şou-biznesdə rəqabətin artmasına sevinir. Axşam.az-ın məlumatına görə, sənətçi son vaxtlar gündəmdən düşməyən konsertlərdən danışıb. O, Zamiqin "Yaşıl Teatr"dakı çıxışını bəyəndiyini söyləyib: “Son vaxtlar gənc ifaçılar arasında rəqabət artıb. Hər kəs irəli getməyə, yenilik etməyə çalışır. Buna payız solo konsertləri də sübut idi. Həmkarlarım arasındakı bu sağlam rəqabət xoşuma gəlir. Konsertlər arasında Zamiqi izləmək imkanım oldu, çox bəyəndim. Həm ifası yaxşı idi, həm də geyimləri ilə diqqət çəkdi. Konsertdə səs-küy doğurmaq üçün əvvəlcə ifaya, sonra geyim və səhnə tərtibatına önəm vermək lazımdır”. 
   Yaxın günlərdə solo konsert verməyi planlaşdıran Elçin həmkarlarından fərqlənmək üçün yeniliklər hazırlayır.  

 

Sevda Məmmədova

 

Muz-Tv.az

884 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti