Şvartsenegerə yeni aorta qapağı qoyuldu
Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur aktyor 4 saat havasız qaldı

10-10-2013


   Türkiyə ekranlarında yayımlanan “Eski hikaye” adlı serialda baş rolu canlandıran aktyor Buğra Gülsoy bir binanın havalandırma boşluğunda 4 saat ərzində sürünmək məcburiyyətində qalıb. Hadisə serialın çəkilişləri zamanı baş verib. Həyatının ən çətin anlarından birini yaşayan aktyor tez-tez havasızlığa görə əziyyət çəkib. Belə anlarda Gülsoyun köməyinə serialın çəkiliş qrupu çatıb.

   “Quzuların səssizliyi” filmi ilə bütün dünyada tanınan Codi Foster keçən il “Qızıl Qlobus” mükafatlandırma mərasimində haqqında gəzən şayiələri doğrulayaraq cinsi azlıqlardan olduğunu etiraf etmişdi. 50 yaşlı “Oskar” laureatı bu etirafdan aylar sonra məşhur fotoqraf Aleksandra Hedisonla görülüb. Birlikdə yemək yeyən cütlük jurnalistləri görən kimi məkandan ayrılıb.

    Hollivud ulduzu Tom Henks Amerikanın CBC kanalında qatıldığı bir proqramda 2-ci dərəcəli şəkər xəstəsi olduğunu deyib.  Aktyor: “Həkimə getdim, mənə 20 ildir qan şəkəri ilə mübarizə apardığımı dedi” – sözləri ilə xəstə olduğunu öyrəndiyi an keçirdiyi hissləri bölüşüb.  2 dəfə “Oskar”- a layiq görülən 57 yaşlı ulduzun rol aldığı filmlər üçün etdiyi zahiri dəyişikliklərə görə şəkər xəstəliyinə tutulduğu deyilir. Henks 1992-ci ildə “A League of Their Own” filmi üçün 15 kilo kökəlib, 8 il sonra “Cast Away” filmi üçün isə 25 kilo arıqlamışdı.

    Tom Kruzun keçmiş həyat yoldaşı, aktrisa və dizayner Keti Holms  heç vaxt xüsusi zövqü və gözəl geyinmək bacarığı ilə seçilməyib. Adətən ulduz libaslarına görə, daim modelyerlərin tənqidləri ilə üzləşib. Keti Nyu York küçələrində geyindiyi geyimlə bunu bir daha təsdiqləyib. İşgüzar şam yeməyinə çıxan aktrisanın geydiyi mini şort ümumi görüntüsü ilə uyğunlaşmayıb. Qərb moda jurnalları Ketinin bu geyimini də sərt şəkildə tənqid etməkdə gecikməyiblər.

 

SahiləAslanova

 

Muz-Tv.az

 

1232 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti