Şvartsenegerə yeni aorta qapağı qoyuldu
Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı

Facebook instagram Twitter Youtube
ULDUZ

“Polad Alemdar” ata oldu

09-10-2013


   Keçən il sürpriz bir şəkildə özündən 21 yaş kiçik Nagehan Kaşıkçı ilə nikah masasına oturan “Kurtlar vadisi” serialının “Polad”ı Necati Şaşmaz ata olub. Cütlük səhər saatlarında dünyaya gələn övladlarına Əli Nadir adını verib. Ana və körpənin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

   Son zamanlar tez-tez davranışları ilə heyranları tərəfindən tənqid atəşinə tutulan Castin Biberin yenə narkotik maddə qəbul edərkən çəkilən şəkilləri sosial mediada yayılıb. Jurnalistlərin üzərinə hücum edən, meymununu almaq üçün kirayələdiyi təyyarənin pilotunu saatlarla gözlədən 19 yaşlı müğənni bir qadınla narkotik maddə qəbul edərkən görülüb. Xatırladaq ki, Castin Biber bundan əvvəl də eyni səbəbə görə heyranlarından üzr istəmişdi.

   Cennifer Lopesin keçmiş həyat yoldaşı Mark Entoni gənc sevgilisi Xloyi Qrinlə İtaliyada istirahət edərkən görülüb. 45 yaşlı müğənni və xanımı gəzinti zamanı daim birlikdə şəkillər çəkdirib. Sevgililər əl-ələ Portofino küçələrində gəzib və bir restoranda yemək yeyiblər. Xatırladaq ki, Mark və 22 yaşlı Xloyinin münasibətləri bu ilin fevral ayında başlayıb.

    Rusiyalı müğənni Viktoriya Dayneko yeni sevgilisini ictimaiyyətə təqdim edib. Bu, “Buz dövrü” yarışmasının iştirakçısı Aleksey Yaqudindir. Ulduz şəxsi bloqunda Alekseylə fotolarını paylaşaraq “Sevimli həmkarım” yazısını qeyd edib. Müğənninin heyranları bu münasibətlə Viktoriyanı təbrik edib və onları bir-birinə yaraşdırdıqlarını deyiblər.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

2966 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti