Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

“Modern Art Academy” layihəsinə start verildi

08-10-2013


    Azərbaycan Gənclər Fondu və “Addım” Yaradıcı Gənclər Assosiasiyası yeni “Modern Art Academy” adlı layihəyə start verib. Xarici təlimçilərin iştirakı ilə reallaşacaq tədbirlərdə gənclər seçdikləri müxtəlif sahələr üzrə təhsil ala biləcək.

    Elə bu münasibətlə oktyabrın 7-də məşhur alış-veriş mərkəzlərindən birində qeydiyyat günü keçirilib. Ilk olaraq suallarımızı assosiasiyanın həmtəsisçisi Ülkər Qasımova layihə haqqında geniş məlumat verərək onun məqsədlərindən danışıb.

   Gənclərin aktiv qatıldığı tədbirdə şou-biznes nümayəndələrimizin də iştirak etdiyi gözümüzdən qaçmayıb. Tədbirdə ilk olaraq dəvət olunan xüsusi qonaqlar söz alaraq layihənin önəmindən danışıblar. Daha sonra sənətçilər öz musiqi töhfələrini gələn qonaqlara təqdim ediblər.

   Qeyd edək ki, “Modern Art Academy” layihəsi 5 gün davam edəcək.  Təlimlər fotoqrafiya, Dj və aranjeman, model işi, reklam, “event management” və vocal sənəti üzrə keçiriləcək.

 

Sahilə Aslanova

Vüsal Həşimov

 

Muz-Tv.az

1329 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti