Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Tolik: “İlhamə Quliyeva kimdir ki, camaata ad verir?!”

08-10-2013


    Prodüser Tolik xalq artisti İlhamə Quliyevanın müğənni Vasif Məhərrəmliyə titul verməsinə münasibət bildirib. Axşam.az-ın məlumatına görə, prodüser həmin tituları “kitayski” adlandırıb. Tolik sosial şəbəkədə Vasif Məhərrəmlinin İlhamə Quliyevanın ona “şah” titulunu verməsi ilə bağlı xəbəri paylaşaraq, bunları yazıb: “İndi iki kəlmə yazacam deyəcəklər ki, nə oldu bir ay qabaq dost idiniz. Mən anlamıram ki, bu qadın ZAQS-da işləyir ki, ad verir? İstəyirəm öz adlarından danışsın bizə. DAK-dan (Dünya Azərbaycanlıları Konqresi) danışsın... Bunun verdiyi adlarla özlərini təqdim edənlər də elə “kitayski”dir”.

     Müğənni Röya Ayxanın dekabrda verəcəyi konsertinin vaxtı dəqiqləşib. Röya  açıqlamasında konsertin dekabrın 23-24-də keçiriləcəyini bildirib: “Çox möhtəşəm şou hazırlayıram. Böyük bir komanda ilə işləyirəm. Bunu ona görə edirəm ki, hamı baxsın və sussun. Görsünlər ki, əsl şou, konsert necə olur. Gedib arxamca arvad-arvad danışmasınlar. Konsertin tarixini özüm seçmişəm. Heç kim indiyədək belə şou görməyib”.

    Tanınmış “Üç-Kuduk” özbək qrupun solisti Ziyad İşanxocayev bu yaxınlarda azərbaycanlı  müğənni  Roza Zərgərli ilə birgə layihə təqdim  edəcək. Məlumata görə, o, Roza ilə ilk tanışlığından da söz açıb: “Mən Roza Zərgərli ilə “Şərq bazarı” müsabiqəsində tanış olmuşam. Biz tez dostlaşdıq və fikirləşdik ki, birgə layihə ilə çıxış edək. Məncə, bu çox maraqlı olardı. Onun əla səs diapazonu var. Əsas yaxşı mahnı seçə bilməkdir. Bunu edə bilsək, son nəticədə möhtəşəm bir layihə ortaya çıxacaq. Ümid edirəm ki, bu ideyanı reallaşdıracağıq”. Qeyd edək ki, “Üç-Kuduk” qrupu müxtəlif layihələrdə iştirak etmək üçün tez-tez Bakıya səfər edir.

 

Fuad Oqtayoğlu

Elfaq Lələyev

 

Muz-Tv.az

 

 

968 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti