Şvartsenegerə yeni aorta qapağı qoyuldu
Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı

Facebook instagram Twitter Youtube
ULDUZ

Ledi Qaqa indi də ətdən çantası ilə diqqət çəkdi

08-10-2013


   MTV-nin 2010-cu ildə təşkil etdiyi mükafatlandırma mərasimində ətdən geyimlə səhnəyə çıxan müğənni Ledi Qaqa indi də ətdən çantası ilə diqqəti üzərinə çəkib. Amerikalı ulduz Şerin sözlərinə görə, tədbirlərindən birində Ledi Qaqa ondan ətdən çantasını saxlamasını xahiş edib. Şer isə: “O, söyləyəndə həqiqi ətdən olduğunu anlamadım. Əlimə alanda əmin oldum”- deyə təəccübünü gizlətməyib. Rahibə geyimində səhnəyə, alt paltarı ilə küçəyə çıxan 27 yaşlı Qaqanın yenə heyvan dərnəklərinin etirazları ilə üzləşəcəyi iddia edilir.

   32 yaşlı müğənni Kristina Agilera yeni fotosessiyada iştirak edib. Ulduz arıqlamış görünüşü ilə diqqət cəlb edib. İfaçının bir il ərzində təqribən 30 kiloqram arıqladığı bildirilir. Qərb mətbuatı ulduzun cərrah köməkliyi ilə bu nəticəni əldə etdiyini iddia edir. Digərləri isə Kristinanın xüsusi pəhriz vasitəsilə arıqladığını deyir.

   Hollivud aktrisası Şarliz Teron onurğa sümüyündən ağır əməliyyat keçirib. Bir neçə il əvvəl zədələnən ulduz yalnız indi cərrah bıçağının altına uzanmaq qərarına gəlib. 38 yaşlı Teron uzun müddət bunu mediadan gizli saxlayıb və yalnız indi iddiaları doğrulayıb. Əməliyyatın uğurla keçdiyi bildirilir. Aktrisanın yaxınlarının sözlərinə görə, xəstəxanadan çıxan Şarliz bir müddət evdə qalmaq və gücünü bərpa etmək fikrindədir.

   “Esquire” kişi jurnalı amerikalı aktrisa Skarlet Yohansonu yaşayan ən cazibədar qadın elan edib. Ulduzun şəkilləri jurnalın noyabr sayının üz qabığını bəzəyib. “Çox məmnun oldum. Artıq 28 yaşım var. Bu isə tezliklə yalnız ana rollarına təklif alacağım mənasına gəlir. Sonra isə heç onları da ifa edə bilməyəcəm” –deyə Skarlet bildirib. Aktrisadan başqa jurnalın fikrincə, dünyanın ən cazibədar qadınları arasında Mila Kunis, Rihanna, Keyt Bekinseyl və digərləri də yer alıb. Xatırladaq ki, Skarlet Yohansonun menecerləri ulduzun rəsmi olaraq jurnalist Romen Doryakla nişanlandığını təsdiqləyib. Bundan əvvəl Skarlet aktyor Rayan Reynoldsla evli olub.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

1141 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Oktyabr








26 Oktyabr