Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımova və Eltonun yeni dueti

07-10-2013


   Xalq artisti Aygün Kazımova və müğənni Elton Hüseynəliyevin birlikdə səsləndirdikləri "Yağış" duetinin remiks variantı təqdim edilib. İfanın  yeni versiyasının aranjimançısı Fərid İmandır. Bəstəkar Ruhinə aid olan "Yağış" Fəridin remikslərdən ibarət albomuna daxil olacaq. 

    Türkiyəli müğənni Sərdar Ortaç Azərbaycanda reklama çəkilib. Sənətçi yerli çay məhsulunun siması olub. Reklam çarxında milli geyimimizdə olan Sərdar çayı tərfiləyir. Rəqqasə Oksana Rəsulova xalq artisti Fəxrəddin Manafovla görüşüb.Sənətçi onunla bir araya gəlməyin ən böyük arzusu olduğunu deyib. O bildirib ki, Fəxrəddin Manafovla filmə çəkilmək istəyir: 

   “Gənc bəstəkar Kəmalə Abbasovanın albom təqdimatında bir araya gəldik. Fəxrəddin Manafov hər zaman bəyəndiyim, sevdiyim aktyor olub. Hətta bir dəfə sizin sayta müsahibəmdə onu Azərbaycanın ən cazibədar kişisi adlandırmışdım. Hər zaman xəyal qurmuşam ki, nə vaxtsa eyni filmdə rol alacağıq”.

     Müğənnilər Emil Bədəlov və Nazim Məmmədov ötən həftə Həcc ziyarətinə yola düşüb. Qurban bayramını orada keçirtmək niyyətində olan sənətçilər ziyarətdən fotoları sosial şəbəkədə paylaşıblar. Həmin şəkilləri “Muz Life” olaraq təqdim edirik.



Sərvər Mehdiyev

 

Muz-Tv.az

975 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti