Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

64 yaşlı Alla Puqaçova əkiz övlad anası oldu

07-10-2013


   Rusiyanın primadonnası Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin əkiz körpə sahibi olublar.  Bu barədə Maksim Twitter səhifəsində məlumat verib: “Təbriklərə görə çox sağ olun. Bəli, biz valideyn olduq. Bizim əkiz körpələrimiz var”.  Məşhur ulduzların övladlarının surroqat ana vasitəsi ilə dünyaya gəldiyi bildirilir.  Artıq uşaqlara ad da qoyulub. Belə ki, qız Yelizaveta, oğlan isə Qarri adlandırılıb.Xatırladaq ki, Alla Puqaçova və özündən 27 yaş kiçik həyat yoldaşı artıq 12 ildir birlikdədir.

   Türkiyəli müğənni Pətək Dinçöz: “Birlikdə lunaparka da gedirik” –dediyi yeni sevgilisi, iş adamı Abdullah Taşkınla kameralara tuş gəlib. Dörd il əvvəl Can Tanrıyarla boşanan müğənni bir müddət onunla yenidən bir araya gəlsə də, nəticədə münasibətlərini qalmaqallı şəkildə bitirmişdilər. Bu hadisələrdən sonra Petek ilk dəfə başqa bir kişi ilə görülüb. Keçən həftə Boğazda yemək yeyən cütlük müxbirlərin suallarını cavabsız qoyub.

   Devid və Viktoriya Bekham ingilis qraflığında yerləşən məşhur Hertfordşir qəsrini satıblar. Mülkün yeni sahibləri ərazi üçün 12 milyon dollar ödəyiblər. məşhur cütlük bu malikanəni 1999-cu ildə sadəcə 2,5 milyona əldə edib. Mülkün satılmasına səbəb məşhurların son illər orada yaşamamaları olub. Bekhamlara yaxın mənbənin verdiyi məlumata görə, qəsrin satışı “ailə üçün yeni eranın başlanğıcını” simvolizə edir.

   Müğənni Nataşa Korolyova öz heyranlarını yeni imici ilə şok edib. Belə ki, sənətçi saçlarını tamamilə qırxdıraraq keçəl olub. “Artıq mən də keçəllərin sırasına qatıldım” –deyə ulduz şəxsi bloqunda bildirib. Buna baxmayaraq, Nataşanın heyranları onu uzunsaçlı görməyə üstünlük verdiklərini deyiblər. Xatırladaq ki, bu yaxınlarda daha bir rusiyalı ulduz Mariya Kojevnikova saçlarını keçəl kəsdirmişdi.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

1100 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti