Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Ledi Qaqa heyranlarından üzr istədi

05-10-2013


   Dünyaşöhrətli müğənni Ledi Qaqa heyranlarından üzr istəmək məcburiyyətində qalıb. Belə ki, ulduz keçən həftə yeni “ARTPOP” adlı albomuna daxil olacaq treklərin adlarını açıqlamalı idi.  Amma bunu etməyən Ledi Qaqa fanatlarından gecikməyə görə üzr istəməli olub. “Treklistin gecikməsinə görə hamınızdan üzr istəyirəm. Alboma bir neçə yeni mahnı da əlavə etmişik. Narahat olmayın. Hər şey yaxşı olacaq” – deyə ulduz bildirib.

   Bir-birinin ardınca etdirdiyi estetik əməliyyatlarla gündəmdən düşməyən 67 yaşlı müğənni Şer: “Yaşlanmaq çox pis şeydir.  Bunun əksini iddia edənlər isə yalan danışır” –deyib.  Bundan əlavə, ulduz onun dövründə musiqi sənayesində önə çıxan insanlar arasından yalnız özünün qaldığını söyləyib. “Yaşlılığı sevmirəm. qocalmamaq üçün siqaret və spirtli içki qəbul etmirəm. Qırmızı ət də yemirəm” –deyən müğənni hər gün davamlı olaraq idman etdiyini qeyd edib.

   Karyerasına 13 yaşında başlayan və 30 yaşına qədər başına çoxlu pis hadisəsinin gəldiyini deyən Miranda Kerr modellərin düşünüldüyünün əksinə özlərinə güvənən insanlar olmadığını söyləyib. Fəaliyyətinin əvvəlində iş axtarışlarından əliboş qayıtdığını açıqlayan Kerr: “Modellərin mükəmməl və özlərinə güvənən qadınlar olduğu düşünülür. Amma hər iş axtarışınızda vücudunuzun ən pis tərəfləri üzünə söylənilir. Daim görünüşünüzlə bağlı tənqidlərlə üzləşirsiniz”- deyə bildirib. Kerr həyat yoldaşı və uşaqları sayəsində həyatının ən rahat dövründə yaşadığını bildirib.

   Həmkarı Kıvanç Kasabalı ilə evli olan aktrisa Sedef Avcı ana olub. Səhər saat 2 radələrində oğulları dünyaya gələn cütlük övladlarını Can adlandırıb. Aktyorların yaxın dostları bu xəbəri Twitter  hesabından açıqlayıb. Cütlüyün heyranları sosial şəbəkədə “Bir Can da dünyaya gəldi. Xoşbəxt, uzun ömrünüz olsun” –deyə yazıblar.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

 

961 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti