Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Emil Bədəlov Həcc ziyarətinə yola düşdü

05-10-2013


     Müğənni Emil Bədəlov və Hacı Nazim Məmmədov Həcc ziyarətinə yola düşüb.  Tanınmışları hava limanında ailəsi yola salıb. Emil və Nazim qızı ilə olan fotolarını sosial şəbəkədə paylaşıb.  Qeyd edək ki, hər iki müğənni 2011-ci ildə də birlikdə Həcc ziyarətinə getmişdilər.

    Müğənni Elvin Abdullayev yaradıcılığından söz açıb. Gördüyü işlərdən Lent.az-a danışan ifaçı bildirib ki, sözləri Altay Yaşara, musiqisi özünə məxsus olan “Həyat dostum” mahnısına klip çəkdirir: “Ötən həftədən çəkilişlərinə başladığımız klip artıq hazır olmaq üzrədir. Xeyli müddətdir ki, məni tanıyan insanlar bu mahnıya ekran həyatı verməyimi istəyirdilər, onların istəyini də nəzərə alıb mahnını ekranlaşdırmaq qərarına gəldim. Klip artıq montajdadır. Mahnını Elvin Musayev aranjiman edib”.

    Azərbaycan ilk dəfə “Kainat gözəli-2013” gözəllik müsabiqəsində iştirak edəcək. Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yarışmada ölkəmizi “Miss Azərbaycan- 2012” müsabiqəsinin qalibi Aysel Manafova təmsil edəcək. Müsabiqə 60 ildən sonra ilk dəfə Rusiyada reallaşacaq. Emin və Araz Ağalarov ailəsinin təşkilatçılığı ilə keçiriləcək yarışma dünya standartlarına cavab verən “Krokus Siti Holl”da baş tutacaq. Şou iki mərhələlidir. Noyabrın 5-də yarımfinal, noyabrın 9-da isə final mərhələsi baş tutacaq. Müsabiqənin sahibi Tramp Donald bu il təşkilatçılığın yüksək səviyyədə olduğunu söyləyərək öncəki illərdən daha möhtəşəm şou nümayiş etdirəcəklərini qeyd edib. Dünyanın 90 ölkəsindən gözəllərin qatılacağı müsabiqənin yarımfinal mərhələsində yalnız 16 iştirakçı finala vəsiqə qazanmaq imkanı əldə edəcək. "Kainat gözəli-2013" müsabiqəsinin iştirakçıları finaldan 3 həftə əvvəl Moskvada toplaşacaqlar. 25 oktyabrdan paytaxtda promo-həftə keçiriləcək, hər gün qızlar müxtəlif tədbirlərə qatılacaqlar.

 

 

Fuad Oqtayoğlu

 

Muz-Tv.az

 

 

 

1031 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti