Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Natavan Həbibi ailəli həmkarlarına həsəd apardığını dedi

05-10-2013


    Gənc olmasına baxmayaraq, yaradıcılığında kifayət qədər uğur qazanan müğənni Natavan Həbibi bu dəfə şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə “Muz Life”-ın qonağı olub.Hələ ailə qurmamasına baxmayaraq, sevilən müğənnimiz ana olmağı hər şeydən çox istəyir.  Sənətçi bunun xanım üçün ən vacib vəzifə olduğunu da vurğulayıb.

    Şöhrətin ötəri olduğunu düşünən Natavan ətrafındakı həmkarlarının xoşbəxt ailəsinə sözün yaxşı mənasında həsədlə baxdığını deyib.

Bundan əlavə, müğənni doğum günlərində adi süvenirlər almağı sevmədiyini söyləyərək daha bir səmimi açıqlama verib. Natavanın fikrincə, ən yaxşı hədiyyə elə puldur. Sonda Natavan xanım bir zamanların fenomen kollektivinə çevrilən “W-Trio” qrupunun nə vaxtsa yenidən bir araya gələcəyinə ümid etdiyini söyləyib.

 

Sahilə Aslanova                   

Bəxtiyar Nəsirov

 

Muz-Tv.az

1025 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti