Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Namiq Qaraçuxurlunun “Toy gecesi” reytinglərdə birinci oldu

04-10-2013


    Xalq artisti Zülfiyyə Xanbabayevadan xəbər var. Yeni mahnılar üzərində çalışan müğənni fotosessiya etdirib. Foto kameralar önünə keçən sənətçi şəkilləri "Facebook" səhifəsində paylaşıb.Həmin şəkilləri “ Muz Life” olaraq təqdim

    Meyxanaçı Namiq Qaraçuxurlunun yeni yayıma başlayan “Toy gecəsi” serialının ilk bölümü rekorda imza atıb. Sənətçi bunla bağlı sevincini sosial şəbəkədə bölüşüb: “İndicə sevindirici xəbər aldım. “Toy gecəsi” serialımız 14,85 reytinqlə ölkə üzrə birincilik qazanıb. Yəni bütün veriliş və filmləri üstələyib. Bu, mənim üçün böyük hədiyyədir. Bütün yaradıcı heyətə, dəstək olanlara, ən əsas da bizə inanıb izləyənlərə dərin minnətdarlığımızı bildirirəm. Çox sağ olun. Allahım şükürlər olsun”. 

    Azərbaycanlı model Günay Musayeva Rusiyanın tanınmış rejissoru Murad Əliyevdən dəvət alıb. Model 8 seriyadan ibarət olacaq “Türk tranziti” adlı serialda çəkiləcək. Ekran işində Şahnur adlı müdirə obrazını canlandıracaq Günay Moskvada baş tutan çəkilişlərin bir hissəsini artıq reallaşdırıb. “Türk tranziti” rus yazıçısı Vladimir Qrinkovun eyniadlı əsərinin motivləri əsasında çəkilib. Ekran işində onunla yanaşı rusiyanın tanınmış aktyorları Yanina Studilina, Boris Serbakov, Yulya Lobanov da rol alıb. Həmyerlimiz Türkiyədə keçirilən kastinqlərdə 380 aktrisa arasından seçilib. 

   “Avroviziya 2011”in qaliblərindən Eldar Qasımov yeni klipini təqdim etməyə hazırlaşır. “Canım” adlı mahnıya çəkilən klip Ukraynada lentə alınıb. Ekran işində Olqa adlı ukraynalı model çəkilib. Eldar kliplə bağlı saçlarını kəsdirərək, imicində dəyişiklik edib. Müğənni yeni mahnısını və klipi eyni gündə təqdim edəcək. 

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az




1753 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti