Şvartsenegerə yeni aorta qapağı qoyuldu
Aktyorun namizədliyi “Oskar”a təqdim ediləcək - foto+video
“Oskar” laureatı Azərbaycana dəstək oldu - foto
Benksin əsəri 9.8 milyon dollara satildı

Facebook instagram Twitter Youtube
ULDUZ

Sibel Cana göz dəydi

04-10-2013


    Türkiyəli müğənni Sibel Cana gözdəyib.Etilərdəki bir göz klinikasına girərkən görülən sənətçi heyranlarını kədərləndirəcək xəbər verib. Belə ki, illərdir səhnələrin ağ işığı və tozunun gözlərinə mənfi təsir etdiyini və artıq görməkdə çətinlik çəkdiyini söyləyən müğənni: “Həkim müayinəsinə gəlmişəm. Həkimin göstərişinə əsasən kiçik bir əməliyyat keçirmə ehtimalım var” –deyib.

    Məşhur fransalı aktyor Pyer Rişar həmkarı Jerar Depardyenin yolunu davam etdirərək məmnuniyyətlə Rusiya vətəndaşlığını qəbul edə biləcəyini söyləyib. Buna baxmayaraq, məşhur aktyor Rusiyada yaşamaq istəmir.  Bu barədə Pyer Rişar Moskvada verdiyi mətbuat konfransı zamanı danışıb. “Jerar aramdakı fərq odur ki, mənim çoclu nəvələrim var. Məmnuniyyətlə Rusiya vətəndaşlığını qəbul edərdim. Amma nəvələrimi necə qoyub gedə bilərəm?” –deyə aktyor bildirib. Məşhur ulduz həmçinin Depardyenin bu addımı niyə atdığını yaxşı başa düşdüyünü də vurğulayıb.

    Braziliyalı super model Adriana Lima “Vogue Brazil” jurnalının oktyabr sayında yer alıb. 32 yaşlı Adriana vampir qadın obrazı canlandırdığı “A flor da pele” adlı fotosessiyada iştirak edib. Qeyd edək ki, Lima modellikdən əlavə xeyriyyə işləri ilə də məşğuldur. O, öz dogma şəhəri olan Salvadorda uşaq evinə böyük məbləğdə yardım edib və bir neçə dəfə kasıb ailənin uşaqlarına geyim alıb.

    İstanbul Narkotiklə Mübarizə şöbəsi repçi Cəzanı xaricdən narkotik maddə gətirməsi ittihamı ilə həbs etməyə hazırlaşır. Amma ulduzun qeyd olunan ünvanda deyil, sevgilisinin villasında yaşadığı təyin edilib. Sözügedən şöbə sənətçinin İnstagram, Facebook və Twitter hesablarına və bütün heyran səhifələrinə üzv olaraq Cəzanın evini asanlıqla tapa bilib. Belə ki, repçinin İnstagrama “Şəhərim İstanbul” yazısı ilə yüklədiyi şəkildə yaşadığı evin mənzərəsinin əks olunduğu güman edilib və qısa müddətdə  fotonun çəkildiyi villanın yeri təyin edilib. Araşdırma zamanı evdə olmayan Cəza daha sonra şöbəyə gələrək təslim olub.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

1044 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Oktyabr








26 Oktyabr