Bəstəkar Mobil Babayevin mahnılarından ibarət konsert təşkil olundu - fotolar

Bu gün Beynəlxalq Muğam Mərkəzində bəstəkar Mobil Babayevin mahnılarından ibarət konsert proqramı təşkil olunub.
Muztv.az xəbər verir ki, musiqili gecə bəstəkarın nəvəsi Fərəh Babayevə həsr olunub.
İlk olaraq Azərbaycan Televiziya və Radiosunun "Qaytağı" instrumental ansamblı bədii rəhbər, xalq artisti Ənvər Sadıqovun iştirakı ilə "Günəşli səhər" bədii filmindən kompozisiya səsləndirilib.
Tədbirdə İlkin Fuad "Kəpənək mövsümü" adlı mahnı ifa edib.
Daha sonra bəstəkar Mobil Babayevin müşayiəti ilə əməkdar artist Səbinə Əsədova öz ifasını sərgiləyib.
Bundan əlavə, gecədə Cavid Ziya "Ayrılıq", Şəfiqə Abbasova isə "Qanadım olsaydı" mahnılarını səsləndiriblər.
Qeyd edək ki, Mobil Babayev 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Bülbül adına orta ixtisas məktəbini və Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasında musiqi redaktoru, baş redaktoru vəzifələrində çalışıb. Bəstəkar Simfonik Orkestrin lirik mahnılarının müəllifidir. O, 100-dən çox filmə musiqi bəstələyib.
Sevda MƏMMƏDOVA
Fotolar: Elkin ƏSGƏROV











Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
