SERİAL
Aktyor məhkəməyə şikayət ərizəsi verdi
23-09-2020

Aktyor Kıvanç Tatlıtuğ ilə xanımı Başak Dizer Sinan A. adlı bir şəxsin onları şantaj etdiyini və təhqir dolu mesajlar yolladığını iddia edərək məhkəməyə şikayət ərizəsi verib.
Mtv.az xəbər verir ki, Kıvanç məsələ haqqında açıqlama yayıb.
O bildirib ki, həmin şəxsi 2 il əvvəl məhkəməyə verib: "Psixoloji problemi olan bir şəxsdir. Bu şəxs mənim və başqa bir aktyorun yaxın dostu olduğumuzu, onların arasını vurduğumuzu düşünür. Öz-özünə olmayan bir şeyin xəyalını qurub. İki il əvvəl ofisimizin qapısını yumruqlayıb, onu bura gətirin, yoxsa öləcəksiniz deyib bağırırdı.
Onun həkimdən kağızı da var. Şizofreniya xəstəliyi olan biridir. Bunla bağlı dedi-qodulardan, eyni xəbərlərin təkrar yayılmasından yoruldum".
112 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 Yanvar
18 Yanvar