Cütlük toy tarixini dəqiqləşdirdi 
Mikela Z nəslinin dəb ikonudur
Edis çətin vəziyyətə düşdü
Müğənni hər şeyin qiymətini bilir

Facebook instagram Twitter Youtube
SERİAL

Aktrisa serialda Marqaret Tetçeri canlandıracaq

25-01-2019


Amerikalı aktrisa Cillian Anderson “Tac” serialında Böyük Britaniyanın 71-ci Baş naziri Marqaret Tetçerin obrazını canlandıracaq.

Mtv.az xəbər verir ki, 50 yaşlı Anderson 1979-cu ildən 1990-cı ilədək – 11 il Baş nazir vəzifəsində fəaliyyət göstərmiş “dəmir ledi”nin rolunu ifa edəcək. Həmçinin bildirilir ki, Anderson “Tac” serialının bu yay çəkilişlərinə başlanılacaq dördüncü mövsümündə iştirak edəcək. Mövsümün ekranlara çıxarılması 2020-ci ilə planlaşdırılıb.

Cillian Anderson “Məxfi materiallar” serialında Federal Kəşfiyyat Bürosunun agenti Dana Skalli rolu ilə daha çox tanınıb. O, “Emmy” və “Qızıl qlobus” mükafatlarının sahibidir.

“Tac” serialında kraliça II Elizabetin 1947-ci ildə keçirilən toy mərasimi anından başlayaraq həyatından danışılır. İlk iki mövsümdə kraliçanın rolunu aktrisa Kler Foy, üçüncü və dördüncü mövsümlərdə isə baş rolu Oliviya Kolman canlandıracaq.

1164 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 May


























30 May