Atası müğənniyə xəbərdarlıq etdi
Filmi 37 il sonra ilk dəfə nümayiş olunacaq - foto
Müğənni 152 kilodan 82 kiloya düşdü - foto
Keçmiş ərini məhkəməyə verdi - foto

Facebook instagram Twitter Youtube
PREMYERA

“Arşın mal alan”ın Bolqarıstanda premyerası oldu

12-01-2021


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində Bolqarıstanın qədim tarixə və zəngin mədəniyyətə sahib olan Kırcali şəhərində “Arşın mal alan” musiqili komediyasının premyerası keçirilib.

Mtv.az xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun məlumatına görə, dahi bəstəkarı Üzeyir Hacıbəylinin müəllifi olduğu 4 pərdəli “Arşın mal alan” tamaşası bəstəkarın 135 illik yubileyi münasibətilə Kırcalinın məşhur “Kadriye Latifova” Musiqili Teatrında səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsi həmçinin Kırcali teatrının yaradılmasının 60-cı ilinə təsadüf edir.

Tamaşanın rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, rəssamı Tomiana Tomova Naçeva, xoreoqrafı Ginka Kirçevadır. Rolları İzmir Dövlət Teatrının aktrisası Məsurə Tahir (Gülçöhrə), eyni zamanda bolqar və türk artistləri Yaqub Yaqub (Əskər), Dinko Kovaçev (Sultan bəy), Nursən Əbdürrəhman (Cahan xala), Orxan Tahir (Süleyman), Kərimə İsmayıl (Asya), Mustafa İsmayıl (Vəli), Aysun Əhməd (Telli) ifa ediblər.

Tamaşa izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyasının tarixinin, mədəniyyətinin qorunması, araşdırılması və təbliğ edilməsi, həmçinin türkdilli xalqların görkəmli şəxsiyyətlərinin, bəstəkarlarının, şair və yazıçılarının yubileylərinin qeyd olunması, onların əsərlərinin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində fəaliyyət göstərir. Bolqarıstanla Fond arasında ötən illər ərzində bir sıra layihələr, o cümlədən 2019-cu ilin mart ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Bolqarıstandakı səfirliyinin birgə təşkilatçılığı ilə Sofiya və Kırcali şəhərlərində Novruz bayramına həsr olunmuş şənliklər keçirilib.

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar
















16 Yanvar