Müğənni ifaçının borclarını ödəyəcək
Aktrisa efirdən ayrı düşəcək
Aktyor xanımına böyük məhəbbətini gizlətmədi
Snup Doqun paylaşımı böyük maraq doğurdu

Facebook instagram Twitter Youtube
PREMYERA

Azərbaycanda “Global Game Jam” keçiriləcək

15-01-2021


Yanvarın 27-dən 31-dək 200-ə yaxın ölkədə təşkil ediləcək “Global Game Jam” Azərbaycanda da baş tutacaq.

Mtv.az xəbər verir ki, “Global Game Jam” pandemiya səbəbindən onlayn keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünya ilə əlaqələndirməkdir.

Azərbaycanda ilk dəfə “Global Game Jam” onlayn təşkil ediləcək. Bütün oyun yaratmağa həvəsli proqramçılar, rəssamlar, UI/UX dizaynerlər, 3D modelçilər, səs və vizual effekt peşəkarları “GGJ Azerbaijan”a dəvətlidirlər.

Tədbirdə iştirakçılar tərəfindən eyni mövzuya aid fərqli oyunlar hazırlanacaq. Müsabiqə mövzusu bütün dünyada eyni vaxtda elan olunacaq. Bütün iştirakçılar dəyərli hədiyyələr və sərhədsiz təcrübə əldə edəcəklər.

Tədbir “Game Tech Azerbaijan”ın təşkilatçılığı, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SUP VC, Next Step İnnovasiya mərkəzi , “Kreativ Azərbaycan” və “Mad Rooster” şirkətlərinin dəstəyi ilə həyata keçiriləcək.

Qeydiyyatdan keçmək üçün https://globalgamejam.org/user/signup/to/participate/using ünvanına daxil olmaq lazımdır.

 

50 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Mart
















2 Mart