Nura Suri yazılan tənqidlərə cavab verdi
Aktrisa iş adamı ilə evlənir
Namiq qəmlənməyə lüzum görmür
Müğənni rahat geyinməyi sevir

Facebook instagram Twitter Youtube
PREMYERA

“Dəli yığıncağı”nın premyerası oldu

17-02-2020


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşasının premyerası olub.

Mtv.az xəbər verir ki, tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.

Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.ƏTRAFLI
hunergroup.azSəhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa ediblər.

Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, Doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandırıb.

Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.

117 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti