Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı
 Sərdar eşq yaşadığı həmkarından niyə ayrıldı?
Culiya Roberts malikanəsini 8 milyona satdı

Facebook instagram Twitter Youtube
PREMYERA

Bakıda beynəlxalq musiqi müsabiqəsi keçiriləcək

16-02-2020


Fevralın 17-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasinda gənc ifaçıların üçüncü “World harmony” beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin açılışı olacaq.

Mtv.az xəbər verir ki, müsabiqə Gürcüstanın “Harmoniya” Folklor və Klassik Musiqisi İctimai Birliyinin, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşacaq.

Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil olunacaq. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) təxminən 300 nəfərə yaxın ifaçı və onlarca kollektivin iştirakı gözlənilir.

Müsabiqənin münsiflər heyətində Belarus, Türkiyə, Gürcüstan, Qazaxıstan, Çex Respublikası, Rusiyadan dəvət olunmuş mütəxəssislər təmsil olunur.

Fevralın 24-dək davam edəcək müsabiqə çərçivəsində dünya şöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri də keçiriləcək.

47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel
























2 Aprel