Serial məhkəməlik oldu
Aktrisa və model ilə sevgili olan yeni eşq yaşayır
Serialda rol alacaq aktyorların adı açıqlandı
Zamiq üç fərqli obraz yaratdı - foto

Facebook instagram Twitter Youtube
PREMYERA

 “Oskar” mükafatları sahiblərinə verildi - foto

10-02-2020


“Oskar” mükafatları 92-ci dəfə sahiblərinə verilib.

Mtv.az xəbər verir ki, tədbir Los-Ancelesdəki Dolbi teatrında gerçəkləşib.

Gecədə Cənubi Koreya istehsalı olan “Parazit” ən yaxşı film, ən yaxşı rejissor Bonq Cun Hu, ən yaxşı beynəlxalq film və ən orijinal senari mükafatlarını qazanıb.

6 nominasiya üzrə 4 mükafat qazanan “Parazit” ilk dəfə ingilis dilində olmayan ekran işinin “Ən yaxşı film” seçilməsi ilə “Oskar” tarixinə keçib.

Ən yaxşı qadın aktrisa “Cudi” filmi ilə Rini Zelveqer, ən yaxşı kişi aktyor “Joker” filmi ilə Xoakin Foeniks, ən yaxşı ikincidərəcəli aktrisa Laura Dern, ən yaxşı ikincidərəcəli aktyor Bred Pitt olub.

Bundan öncə “12 illik əsrlik” filmi ilə prodüser olaraq “Oskar” qazanan B.Pitt ilk dəfə aktyor kimi mükafat alıb.

Gecədə digər mükafat alanları təqdim edirik:

Ən yaxşı orijinal musiqi: “Roketman” “(Im Gonna) Love Me Again”
Ən yaxşı film musiqisi: “Joker”
Ən yaxşı makiyaj və saç stili: “Bombshell”
Ən yaxşı bəhrələnmiş senari:Tayika Vaytiti (Jojo Rabbit)
Ən yaxşı animasiya: “Oyuncaq hekayəsi 4”
Ən yaxşı rəqəmsal effect: “1917”

Ən yaxşı görüntü rejissoru: “1917” – Reger Dikins
Ən yaxşı səs miksi: “1917”
Ən yaxşı səs effekti “Ford Ferrariyə qarşı”
Ən yaxşı prodakşn işi: “Bir dəfə Hollivudda”
Ən yaxşı kostyum işi: “Kiçik qadın”















133 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
6 İyul


























5 İyul