Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
PREMYERA

Qaraçay xalqının deportasiyası haqqında filmin premyerası olub

13-09-2019


Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illərində qaraçay xalqının deportasiyası haqqında “Unudulmağa məhkum olunmuşlar” sənədli filminin premyerası olub.

Mtv.az xəbər verir ki, filmin nümayişindən əvvəl deportasiya illərində həlak olanların ruhuna dua oxunub. Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Hacı Berdiyev deyib: “Əzab-əziyyət, həlak olanlar dedikcə çox olub. Gəlin Orta Asiya torpağına tapşırılanların hamısının ruhuna dua oxuyaq”.

Layihənin ideya müəllifi və rəhbəri Marat Durayev deyib: “Bu filmin çəkilişlərinə başlayanda təkcə xalqımızın tarixinin faciəli səhifələrindən danışmaq istəmirdik. Biz deportasiyanı yaşamış, övladlarının, doğmalarının və yaxınlarının ölümünü görmüş, lakin insaniyyətlərini itirməmiş böyük ürəkli insanları göstərmək, onlardan söhbət açmaq istəmişik. Üzləşdikləri bütün məşəqqətlərə baxmayaraq onların ürəyi daşlaşmadı. Onlar bizim hamımıza və gələcək nəsillərə bir örnəkdir. Necə yaşamaq, insanlarla, qonşularla və xalqlarla necə dostluq etmək barədə örnəkdir”.

Filmdə qaraçay, balkar və çeçen xalqlarının deportasiya olunmuş nümayəndələri ilə müsahibələr, tarixçilərin şərhləri, köçürülmə səhnələri, habelə folklor ansambllarının çıxışlarından fraqmentlər təqdim olunub. Film faciəli dövrün tam mənzərəsini – vətən həsrəti ilə çırpınan bir xalqın doğma diyara qayıtmaq arzusu ilə necə alışıb yandığını canlandırıb.

49 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr