Aktyor 38 illik xanımı ilə yollarını ayırır
Məşhur reper eşq yaşayır
Sevda hamıya sevgi arzuladı
Kerimcan eks-rəfiqəsi ilə bağlı qalmaqal yaratdı

Facebook instagram Twitter Youtube
PREMYERA

“Qodonun intizarında” simfonik əsəri nümayiş olunacaq

01-09-2019


Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fransız əsilli irlandiyalı yazıçı-dramaturq Semuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş ediləcək.

Mtv.az xəbər verir ki, səhnə əsərinin bədii rəhbəri Əliqismət Lalayev, quruluşçu rejissoru Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur. Rolları Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Əmrah Dadaşov, Hüseyn Əlili və başqaları ifa edəcək. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Xatırladaq ki, dünyada ilk dəfə “Qodonun intizarı” üçün simfonik musiqini Xalq artisti, professor Fərəc Qarayev yazıb.

“Hadisələrin bir məkanda və zamanda baş verdiyi “Qodonun intizarında” pyesində elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat vermək, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir. Fərəc Qarayevin “Qodonun intizarı” simfonik əsəri əsasında hazırlanan absurd-tamaşada 5 obraz var: Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan. Hər iki hissədə meşə cığırı ilə gedən yol və bir kənarda ağac var. Gecədir... İki avara, Estraqon və Vladimir burada oturub Qodonu gözləyirlər. Qodo kimdir? Qodo elə bir varlıqdır ki, onun kimliyi yoxdur və heç vaxt da bu haqda məlumat verilmir.

93 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Noyabr


11 Noyabr