PAPARAZZİ
Əməkdar artist Cıdır düzündə yemək bişirəcək
05-07-2022

Əməkdar artist Aybəniz Haşımova 30 illik arzusunu gerçəkləşdirməyə hazırlaşır. Mtv.az xəbər verir ki, sənətçi Cıdır düzündə əsgərlərimiz üçün yemək bişirəcək. Bu barədə A.Haşımova sosial şəbəkədə məlumat verib: "30 il bundan əvvəl arzu etmişdim ki, Şuşa azad olunsun, Cıdır düzündə əsgərlərimiz üçün plov dəmləyəcəm. Şükür o gün gəlib çatdı. İnşallah, iyunun 6-da gedirəm plovu dəmləməyə. Azərbaycan, həmişə var ol!"
23 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8
5