Yıldız Tilbe məhkəməyə verilib

Sahibsiz küçə itləri ilə bağlı paylaşımlarına görə sərt reaksiyalarla qarşılaşan türkiyəli müğənni Yıldız Tilbe aparıcılar Bircan Bali, Seren Serengil və Artonu şəxsiyyətini alçaladan ifadələr işlətdiyi üçün məhkəməyə müraciət edib. Mtv.az xəbər verir ki, aparıcılar ifaçının ünvanına "Söylemezsem olmaz" proqramında "cahil qadın", "heyvan düşməni", ruhi xəstə", "öləcəksən" kimi ifadələr işlədib. Məhkəmə aparıcılara 1 ay boyunca Tilbeyə qarşı şiddət, təhdid, təhqir, alçaldıcı ifadələr ehtiva edən fikirlər və ya davranışlar nümayiş etdirməyi qadağan edib. Həmçinin, onlar müxtəlif əlaqə vasitələri ilə ifaçını narahat edə bilməzlər. Qərara əməl etmədikləri təqdirdə onlar 3 gündən 10 gün müddətinə qədər həbs oluna bilərlər. Xatırladaq ki, bir müddət əvvəl aparıcılara qarşı belə bir qərar müğənni Gülşənlə bağlı da qəbul edilmişdi.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
