Aktyor modellə sevgilidir

Amerikalı aktyor Devid Kennet Harbor özündən 22 yaş kiçik model və aktrisa Elli Fallonla sevgilidir.
49 yaşlı aktyorun sevgilisinin 27 yaşı var. Cütlük bir neçə aydır münasibətdədir. Atlantada tanış olan Devid və Elli Nyu-Yorkda da birgə görüntülənib.
Xatırladaq ki, Devid 2020-ci ildə evləndiyi müğənni Lili Allenlə hələ də rəsmi nikahdadır. Onlar bir müddət əvvəl ayrılıblar.