Müğənni əri ilə birlikdə yaşamır

Ukraynalı müğənni Anna Asti (əsl adı Anna Dzyuba) şəxsi həyatı ilə gündəmə gəlib.
İfaçı həyat yoldaşı Stanislav Yurkindən ayrılıb. Bildirilib ki, cütlük 2024-cü ilin dekabrından bəri birlikdə yaşamır. Lakin onlar rəsmi şəkildə boşanmaq üçün məhkəməyə müraciət etməyiblər.
Xatırladaq ki, Anna və Stanislav 2019-cu ildə tanış olublar və cütlük 2020-ci ilin dekabrında evlənib.