Gülbən "Piyasa"da çəkilmədi - FOTO

Türkiyəli müğənni Gülbən Ərgən "Piyasa" serialında çəkilməkdən imtina edib.
Buna səbəb ifaçının vaxtının az olması olub. Bu səbəbdən Gülbənin canlandırması gözlənilən "Ahsen" obrazına aktrisa Ayça Bingöl həyat verəcək.
Xatırladaq ki, layihədə baş rolları İlayda Alişan və Alp Navruz canlandıracaq.
Ayça son olaraq "Kirli sepeti" serialında rol alıb.