Müğənni boşanıb

Müğənni boşanıb
Türkiyəli müğənni Gökhan Özoğuz boşanıb.

İfaçı 13 illik həyat yoldaşı Melis Ülken ilə rəsmi şəkildə ayrılıb. 


Xatırladaq ki, Gökhan 2012-ci ildə Melis ilə evlənib. Onların Ayşe, Leyla və Ali adlı 3 övladı var. Gökhan tamaşaçılara "O səs Türkiyə" layihəsindən tanışdır. O, şouda münsiflərdən biri olub.


Müğənni Türkiyəni 2004-cü ildə "Avroviziya" mahnı müsabiqəsində "For real" mahnısı ilə təmsil edib. O, şouda 195 xalla dördüncü olub. Bu o vaxta qədər Türkiyənin yarışma tarixində topladığı ən yüksək xal olub.


Gökhan son olaraq aktyor kimi "Kırmızı oda" serialında rol alıb.