Xalq artisti əsəbiləşib

Xalq artisti əsəbiləşib
Xalq artisti Afaq Bəşirqızı televerilişin birində iştirakçılara əsəbiləşib.

Aktrisa iştirakçıların qayınana-gəlin mövzusunda səhnə hazırlamasını tənqid edib: "Qayınana-gəlin problemini siz gənclər etməyin. Bizim nəsil bunu gördü. Siz gənc nəsil qlobal problemi yada salmayın. Bu mövzu aradan götürülsün. Bu qədər qayınana-gəlin mövzusu olmaz".


A.Bəşirqızı daha sonra bölgələrdə gənclərə film və teatr sahəsində məsləhət verənlərin olmamasından şikayətlənib: "Uşaqların halına acıyıram. İstər maddi, istər mənəvi, istərsə də fiziki tərəfdən əziyyət çəkirlər. O boyda rayondan gəlib incəsənət universitetini bitirənlər var. Teatr, film işini bilən yoxdur desin bunu belə edin?"