Moda həftəsinin FOTO mənzərəsi

Paris Moda Həftəsi çərçivəsində iki həftə əvvəl Luvr muzeyində bütün dünyanı bir araya gətirən "Le Grand Diner du Louvre" qala-ziyafəti keçirilib.
Gecədə dünyaca məşhur simalar, moda sənayesinin nümayəndələri iştirak ediblər.
Qonaqlar arasında keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, modelyer Viktoriya Bekhem, Cici Hadid, Karla Bruni, Rouzi Hantinqton-Vaytli, Kira Naytli və həyat yoldaşı Ceyms Rayton, Naomi Kempbell, Peris Cekson, Barbara Palvin, Tayra Benks və başqaları yer alıb.