Rep ifaçısı film çəkəcək
Amerikalı rep ifaçısı "50 Cent" "Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombsun ittiham olunduğu cinayətlərindən bəhs edən film çəkəcək.
O, həmkarının insan alveri və qadınlara qarşı zorakılığından bəhs edən filmə prodüserlik edəcək.
Ekran işi "Netflix" də yayımlanacaq.
Xatırladaq ki, 2023-cü ilin noyabrından bəri Diddi barədə 6 cinsi təcavüz iddiası qaldırılıb. Hip-hop ifaçısı həmçinin insan alverində və qisas almaq üçün intim videolar dərc etməkdə şübhəli bilinir. Onun barəsində cinayət işi açılıb.