Xalq artisti əməliyyat olunub

Xalq artisti Niyaməddin Musayev əməliyyat olunub.
Görmə problemi olan sənətçi bıçaq altına yatıb.
"Son vaxtlarda gözüm dumanlı görürdü. Heç vaxt da eynək taxmamışdım. Gözümə xüsusi linzalardan qoyuldu. İndi hər şeyi çox gözəl görürəm", - sənətçi qeyd edib.