Beyonce birinci oldu

Dünya şöhrətli amerikalı müğənni Beyons “Texas Hold 'Em" mahnısı ilə "Billboard"da birinci yeri tutub.
Trek "Hot Country Songs" cədvəlində birinci "16 Carriages" isə 9-cu sıradadır. Bununla da Beyons bu həftə həm "Hot Country Songs", həm də "Hot R&B/Hip-Hop" siyahılarında mahnıları ilə birinci olan ilk qaradərili qadın olub.
Qeyd edək ki, ümumilikdə isə müğənni səkkiz dəfə "Billboard Hot 100"də ilk sırada yer alıb.