“Söz”ün aktyoru nişanlanıb

“Söz” serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Sarıtaşın sevgilisi Zeynep Mayruka evlilik təklifi etdiyini xəbər vermişdik.
Aktyor sevgilisi, modelyer Zeynep Mayruk ilə evlilik yolunda növbəti addımı atıb. Belə ki, cütlük artıq nişanlanıb. Nişan mərasimində cütlüyün ailə üzvləri iştirak edib. Onların bu yay nikah masasına oturacağı deyilir.