Simgenin konsertinə sayılı günlər qaldı

Türkiyənin məşhur pop ulduzu Simge Sağın Bakıya gəlir.
Müğənni ilk dəfədir ölkəmizdə geniş konsert proqramı ilə çıxış edəcək.
Bu barədə sənətçi “Gəl, konuşalım” verilişində məlumat verib. Simge dinləyicilərinin yolunu səbirsizliklə gözlədiyini vurğulayıb.
Konsert fevralın 24-də Bakı Konqres Mərkəzində baş tutacaq. Müğənni gecədə ən xit mahnılarını pərəstişkarları üçün səsləndirəcək.