Gülüstan Əliyeva şəhid övladları ilə birgə oxudu
Əməkdar artist Gülüstan Əliyeva "Ey Vətən" adlı yeni klipini təqdim edib.
Sənətçi bildirib ki, nəğmənin sözləri Aydın Ucala, musiqisi Vüqar Camalzadəyə məxsusdur. Klipdə şəhid övladlarından ibarət “Zəfər Sədası” xor qrupu da yer alıb. Ekran işi Gülüstan xanımın yutub kanalında, mahnı isə bütün musiqi platformalarında yayımlanıb.