Teatrlar arasında Memorandum

Teatrlar arasında Memorandum
Rusiyanın Aleksandrinski Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq Memorandumu imzalanıb.

Memoranduma qastrol səfərlərinin, dəyirmi masaların, konfransların və ustad dərslərinin təşkili daxildir.


Qeyd edək ki, ustad dərsləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Aleksandrinski Teatrı, Azərbaycan Teatr Xadimləri İttifaqının və Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə həyata keçiriləcək Aleksandrinski Teatr Məktəbi təhsil layihəsi çərçivəsində reallaşacaq.