Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

"Musiqidən doya bilmirəm" - Xalq artisti

25-05-2023


“Mən anamı həmişə çox sevmişəm. Anama olan sevgi sənətimə də var. Onun qiymətini anam qədər bilirəm. Mənə heç kim deməyib get, oxu! Özümün həvəsim olub. Bir də atam çox istəyərdi ki, oxuyum. Bu sənət uşaq kimidir. Onu buraxdınsa, qiyməti olmayacaq. Bu sənətin qədrini bilmək lazımdır, onu yerə vurmaq olmaz". Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarova müsahibəsində deyib. Sənətçi musiqidən doya bilmdəyini bildirib: "Xalqın sevgisini qazanmaq üçün sən gərək xalqa hörmət edəsən. Hörmət də nədir? Balaca səsinlə də olsa, oxu. Hərdən bir su da iç, oxu, eybi yoxdur. Ancaq özün ol. Mikrofon yox... Hanı Şövkətlər, Saralar, Rübabələr? Bunlar heç biri “mikrofon oxuyan”ları olmayıb. Məni səhnədən dartıb çıxarmayınca yorulmuram. Səhnəyə çıxanda, mənə dünyanı verirlər. Mənim suyumdur, havamdır, elə bir qiymətli şeydir ki, ondan doya bilmirəm. Çörək yeməyə, su içməyə bilərəm, ancaq musiqisiz yaşaya bilmərəm. Mən Zeynəbəm xalqım üçün! Sizi, xalqımı sevirəm və mən vətənsiz, xalqsız yaşaya bilmərəm”.

22 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti