Serial məhkəməlik oldu
Aktrisa və model ilə sevgili olan yeni eşq yaşayır
Serialda rol alacaq aktyorların adı açıqlandı
Zamiq üç fərqli obraz yaratdı - foto

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Elnarə niyə az makiyaj edir?

14-02-2020


"Məndən tələb edirlər ki, hər zaman qlamur olum. Tənqid edirlər ki, müğənnisən, belə geyin, elə geyin. Amma izah edə bilmirəm ki, məktəbə uşaq aparanda qlamur geyinə bilmərəm axı".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova deyib.

Hər zaman geyimlərinə görə sosial şəbəkədə tənqid edilən ifaçı onlara cavab verib.

Sənətçi hər zaman az makiyaj etməsinin səbəbini açıqlayıb: "Az makiyaj edəndə yaşımı göstərmirəm. Amma çox edəndə, görünür ki, 40 yaşım var. Yaşımla bağlı kompleksim yoxdur. Zövqlər müxtəlifdir. Kiminsə zövqünü ələ salmaqdan, lağ etməkdən qorxuram. Ona görə də heç kimin tərzinə irad bildirirəm. Şou-biznesdə Elza Seyidcahanın zövqünü bəyənirəm. Brendə verilən pullara israf kimi baxıram. Bir şey ki, iki dəfə yuyulandan sonra əyiləcək. Niyə ona 3-5 min pul verim?".

Elnarə övladlarının, həyat yoldaşının qısqanclığından bəhs edib: "Hərdən benzin dolduranda kimsə tanıyır, iki kəlmə söhbət edir. Uşaqlar əsəbiləşir, məni qısqanırlar. Sifətləri dönür ki, niyə sənlə salamlaşdı? Çəkdirdiyim kliplərə də qısqanırlar. Barışla olan klipdə qısqandılar. Az qalsın məni boşatdırsınlar. Heç ərim bu qədər qısqanmır. Qızım qayınanamdır, böyük oğlum isə elə bil həyat yoldaşım Rövşəndir".

116 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 İyul




6 İyul