Anna Sedokovanın biznesi iflasa uğradı
Müğənni çox xoşbəxt olduğunu dedi
 Ebru Hollivud ulduzlarına qonşu oldu
Azərbaycanlı modelinin paylaşımı diqqət çəkdi - foto

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Azərbaycan sazı haqqında məqalə yazıldı

18-11-2019


Özbəkistanın uchildiz.uz portalında Azərbaycan sazı haqqında rus dilində geniş məqalə yer alıb.

Mtv.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilən materialda aşıq sənəti və saz haqqında ətraflı məlumat verilir. Bildirilir ki, saz Azərbaycan xalqının ən sevimli musiqi alətlərindən biridir.

Məqalədə deyilir ki, ta qədimdən aşıqlar qoşma, gözəlləmə, müxəmməs, divani, təcnis və digər xalq yaradıcılığı janrları üstündə aşıq mahnıları ifa edib və bu oxumalar xalq arasında rəğbətlə qarşılanıb. Qeyd olunur ki, bundan başqa aşıqlar dastan yaradıcılığı və dastan söyləməklə də məşhurdurlar. Aşıq sənəti muğamla birgə Azərbaycan xalqının zəngin musiqi mədəniyyətinin əsasını təşkil edir. Saz isə bütün türk xalqının ruhuna hopan və simvoluna çevrilən ən qədim musiqi alətlərindən biridir. Vurğulanır ki, adlarında fərqlər olsa da, Azərbaycandan başqa İran, Əfqanıstan, Türkiyə, Suriya, Balkan ölkələrində sazdan geniş istifadə olunur.

Məqalədə bildirilir ki, Azərbaycanın klassik şairlərinin əsərlərində də saz alətinin adı çəkilir. Böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Əfzələddin Xaqaninin əsərlərində sazın adı hörmətlə anılır.

Yazıda vurğulanır ki, böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Səid Rüstəmov, Aqşin Əlizadə, Rəşid Şəfəq və digərləri aşıq musiqisindən istifadə edərək əsərlər yaradıblar.



28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
5 Dekabr




































4 Dekabr