Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto
Müğənni şirkətdə katibə işləyib

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Sənət adamlarının Xocalı paylaşımı - foto

26-02-2021


Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür.

Mtv.az xəbər verir ki, bunla bağlı sosial şəbəkədə yüzlərlə paylaşım edilib. Onlar arasında sənət aləminin tanınmış simaları da yer alıblar.

Sənətçilər paylaşdıqları fotolara Azərbaycan və ingilis dilində şərhlər yazıblar.

Xalq artisti Röya Ayxan: "Düz 29 il əvvəl, bu tarixdə- 25-26 fevral, 1992-ci ildə soyqırım və insanlığa qarşı cinayət yaşandı. Xocalı faciəsi... O dəhşətli günün buraxdığı izlər bu gün də istidi, yenidir! Bu, dünyada ən qorxulu kütləvi terror aktlarından biridir. Rəsmi rəqəmlər hər kəsə bəllidir. Dəhşətli statistikadır, elə deyilmi? Onların vəhşicəsinə öldürülməsi gördüyümüz video lentlərdən, fotolardan açıq-aşkar görünür. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd şəkildə dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir. Dünyada insanlığa qarşı cinayətlər, humanitar fəlakətlər, terrorçuluq, ekstremizm, separatçılıq dayansın, sülh daim olsun. Övladlarımız rahat, firavan bir dünyada yaşasın!"

Aktyor Fərda Xudaverdiyev: "Unutma, unutdurma... Əminəm ki, nəhayət ruhunuz şaddır. Dünya bu haqsızlığa, vəhşiliyə sussa da, Azərbaycan xalqı susmadı. Ali Baş Komandanın, yenilməz odurmuzun köməkliyi ilə haqq yerini tapdı".

Müğənni Elvin Abdullayev: "Allah hər birinə rəhmət etsin. Sizlər heç bir zaman unudulmayacaqsınız!"

 























39 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel


















10 Aprel