Bergüzar yenidən ayrıldı
Şəbnəm Tapdıq əcnəbi ifaçıları tənqid etdi
Aktrisası virusa yoluxub - foto
Müğənni şirkətdə katibə işləyib

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Eldar Quliyevin müalicəsi evdə davam etdirilir

25-02-2021


İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev evə buraxılıb.

Mtv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti yaxşıdır və müalicəsi ev şəraitində davam edir:

"Demək olar, sənətkarımızın qida rasionundan tutmuş dərman qəbuluna qədər hər şey həkimlərin nəzarəti altında davam edir".

Xatırladaq ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. Xalq artisti yanvarın 23-də Prezident İlham Əliyevin sərəncamıyla "İstiqlal" ordeni ilə təltif olunub.

38 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 Aprel


















10 Aprel