Atası müğənniyə xəbərdarlıq etdi
Filmi 37 il sonra ilk dəfə nümayiş olunacaq - foto
Müğənni 152 kilodan 82 kiloya düşdü - foto
Keçmiş ərini məhkəməyə verdi - foto

Facebook instagram Twitter Youtube
GÜNDƏM

"Oğlumun sonuncu zəngi idi..." - Xalq artisti

13-01-2021


Oğlu Şuşa döyüşlərində şəhid olan Xalq artisti Əli Nur teleproqramın birində qonaq olub.

Mtv.az xəbər verir ki, aktyor Rövşən Nurzadədən bəhs edib.

O bildirib ki, övladı hələ 9-cu sinifdə oxuyanda Qarabağ müharibəsinə getməyə can atıb: "Qarabağ hadisələri baş verəndə sinif uşaqları ilə birlikdə deyib ki, müharibəyə gedirəm. Direktor xəbər tutub, mənə dedi. Ağdama posta zəng etdim ki, avtobusu saxlasınlar. Uşaqlar polisi aldadıb ki, texnikumda oxuyuruq, Rövşən isə deyib xalamgilə gedirəm. Onun Ağdamda xalası yaşamırdı. Bir həftə sonra onu gətirib məktəbə təhvil veriblər. Rövşən başqa uşaq idi.

İkinci Qarabağ müharibəsi başlayanda özündə olmadı. Nəzarət edirdim, oğlu Türkiyədə təhsil alır. Qonşular dedi ki, Rövşən müharibəyə gedəcək. Düşündüm ki, yaşı uyğun gəlmir. Səhər gəldi görüşdü ki, gedirəm. Hər gün zabit dostları ilə danışırdı, hərbi biliyi güclü idi. Onu özüm yola saldım. Dedi ki, qələbə ilə gələcəm. Hər gün danışırdıq. Cəbrayılda, Qubadlıda, Füzulidən zəng etmişdi. Ayın 2-də zəng etdi ki, ata, gedirəm, amma bilmirik hara. Onun sonuncu zəngi idi".

30 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
18 Yanvar
















16 Yanvar