Müğənni 22 milyon manat qazandırdı
Aktyorun bəraətinə qərar verildi
"Yataqxanalarda yaşamışam..." - müğənni
Aktyor maskasız gəzərək qaydanı pozdu

Facebook instagram Twitter Youtube
GÜNDƏM

Bülbülün ev muzeyini ermənilər belə dağıdıb - video

01-12-2020


Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov məşhur opera müğənnisi Bülbülün ermənilər tərəfindən dağıdılan ev muzeyinin görüntülərini paylaşıb.

Mtv.az xəbər verir ki, o, tvitterdə sənətkarın Şuşadakı mənzilinin görüntülərini yayaraq məkanın vandalizmə məruz qaldığını ifadə edib.

“Bu, ermənilərin  Şuşada məşhur azərbaycanlı opera müğənnisi Bülbülün (1897-1961) ev-muzeyinə etdikləridir”,- A.Kərimov deyib.

Görüntülərdə evin odun anbarı kimi istifadə olunduğu, Bülbülün həyətdəki heykəlinin isə dağıdıldığı açıq-aşkar görünür.

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2011864107746" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

80 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar


















20 Yanvar